DİN:

DİN: "Yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir"

Hazırda oxunan: DİN: "Yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir"

577685
"Baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir".
 
Bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev feysbukda yazıb.
 
"Əziz dostlar, doğmalarınıza, yaxınlarınıza imkan verməyin avtomobili yüksək sürətlə sürsünlər. Onlara anladın ki, onları gözləyən var. Baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir, sürətdir, sürətdir. Sürət yolu deyil, ömrü qısaldır", - o bildirib.
 
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Mercedes-Vito" markalı mikroavtobusla TIR toqquşub.
 
Nəticədə mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO