Birinci Qarabağ müharibəsinin itkin şəhidi Sumqayıtda DƏFN OLUNDU

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Sumqayıtda DƏFN OLUNDU

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin itkin şəhidi Sumqayıtda DƏFN OLUNDU

577625

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Lətif Qəribalı oğlu Şahhüseynov oktyabrın 28-də Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Bizim.Media xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi L.Şahhüseynov 1969-cu il martın 12-də Sumqayıt şəhərində anadan olub. O, 1992-ci il iyunun 28-də Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi istiqamətində gedən döyüşlərdə itkin düşüb. L.Şahhüseynov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan üç şəhiddən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO