“Bakı Metropoliteni”-də bank kartları vasitəsilə təmassız ödəniş sisteminin test mərhələsi həyata keçirilir. Proses ilkin mərhələdə tələbə kartları vasitəsilə həyata keçirilir.
"Bakı Metropolitenini" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu, "Bakı Metropoliteni" və "Bakıkart"ın birgə layihəsidir.
“Hələ sistemin işləkliyi yoxlanılır. Bu yoxlama prosesinin nə vaxta qədər davam edəcəyi isə bəlli deyil”.
Qeyd edək ki, artıq tələbələr bununla bağlı sosial şəbəkələrdə müxtəlif paylaşımlar ediblər, tələbə kartları vasitəsilə sınaq mərhələsindən istifadə ediblər.
Bəs əgər artıq bank kartları vasitəsilə ödəniş etmək mümkündürsə, “Tələbəplus” layihəsi çərçivəsində metrolarda da güzəştlər tətbiq oluna bilərmi?
Təhsilin İnkişafı Fondunun bununla bağlı layihəsi var?
Fondun mətbuat katibi Könül Abdulrəşidova Bizim.Media-ya açıqlamasında bildirib ki, tələbə kartı həm də bank kartı olduğu üçün tələbələr bundan istifadə edə bilirlər.
“Sözügedən yenilik yalnız tələbələrə aid deyil, bank kartları vasitəsilə təmassız ödəniş sisteminin test mərhələsinin həyata keçirilməsi ilə bağlıdır.
Qeyd edək ki, TələbəPlus kartı həm də bank kartı statusuna malikdir. Bu səbəbdən hazırda metropolitenlərdə aparılan sınaq mərhələsi çərçivəsində bu kartla da ödəniş etmək mümkündür.
Kartların ümumilikdə ictimai nəqliyyat sisteminə inteqrasiyası həm texniki, həm də inzibati baxımdan çoxmərhələli və kompleks bir prosesdir. Bu istiqamətdə mərhələli yanaşma tətbiq olunur və Fond tərəfindən bütün zəruri addımlar ardıcıl şəkildə həyata keçirilir.
Tələbələr üçün xüsusi endirim və güzəştlərin müəyyən edilməsi isə Tarif Şurasının səlahiyyətinə aid məsələdir.
Təhsilin İnkişafı Fondu olaraq ictimaiyyəti bu prosesin gedişi barədə mütəmadi şəkildə məlumatlandıracağıq”.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:33 / 28.10.2025
Bakı metrosunda artıq tələbə kartları da İŞLƏYİR – Bəs güzəştlər TƏTBİQ olunacaq? - VİDEO
Hazırda oxunan: Bakı metrosunda artıq tələbə kartları da İŞLƏYİR – Bəs güzəştlər TƏTBİQ olunacaq? - VİDEO
Hazırda oxunan: Bakı metrosunda artıq tələbə kartları da İŞLƏYİR – Bəs güzəştlər TƏTBİQ olunacaq? - VİDEO
577618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































