Göygöldə fermaya silahlı basqın oldu - FOTO

Göygöldə fermaya silahlı basqın oldu - FOTO

Hazırda oxunan: Göygöldə fermaya silahlı basqın oldu - FOTO

577529

Göygöldə silahlı şəxslər fermadan oğurluq edib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən “Muraz” kəndli fermer təsərrüfatına gecə saat 02:20-də gələn maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanı – sağmal ana qoyunları oğurlayaraq naməlum istiqamətə aparıb.
 

Təsərrüfat sahibi Mahir Tağıyevin sözlərinə görə oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.


Məsələ ilə əlaqədar Göygöl RPŞ-yə müraciət edilib. Polis hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Hazıra fermada anasız qalan 70-dək südəmər quzu təsərrüfatın işçiləri tərəfindən əllə yemlənir.
 

Ancaq təsərrüfat sahibinin sözlərinə görə, analarının tapılmayacağı təqdirdə quzuların sağ qalmaq ehtimalı yoxdur.


Faktla bağlı araşdırma aparılır.







Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO