Azərbaycan Rusiya məhsullarını Ermənistana buraxmağa hazır olduğunu bildirib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk danışıb.
Onun sözlərinə görə, iki gün əvvəl Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistan istiqamətində tranzitinə icazə verilməsini təsdiqləyib.
“Bu mənada da çox maraqlı irəliləyişlərimiz var,” — deyə Overçuk əlavə edib.
Bizim.Media


























































































