Günay Ağamalıdan partiya qurultayında yaşanan insidentlə bağlı AÇIQLAMA

Günay Ağamalıdan partiya qurultayında yaşanan insidentlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Günay Ağamalıdan partiya qurultayında yaşanan insidentlə bağlı AÇIQLAMA

577163

Xəbər verdiyimiz kimi bu gün Ana Vətən Partiyasının qurultayında partiyanın sədri Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında qalmaqal yaşandığına dair məlumatlar yayılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalı ilə oğlu arasında partiya qurultayında DAVA DÜŞDÜ — ŞOK


Məsələ ilə bağlı Fəzail Ağamalının qızı deputat Günay Ağamalı Bizim.Media-ya açıqlama verib.

O, yayılan xəbərlərin əsassız olduğunu qeyd edib: “Dəyərli media mənsubları, hər birinizdən "Ana Vətən" Partiyasının növbədənkənar IX qurultayı ilə bağlı mətbuatda gedən dezinformasiyalara inanmamağı və əhəmiyyət verməməyi rica edirəm. Partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri - etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə saldı.

Qarşı tərəf sosial media üzərindən özünün partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Qeyd etmək istəyirəm ki, bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı.

Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcəkdir”.


Xatırladaq ki, yayılan məlumatlara əsasən, Fəzail Ağamalı və Elçin Ağamalı arasında qarşıdurmaya səbəb F. Ağamalının sədrliyə oğlunu deyil, deputat qızı Günay Ağamalını gətirmək istəməsi olub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO