Əlində tibbi göndərişi olsa da, xəstəni Sabunçu Tibb Mərkəzinə qəbul etmirlər.
Bizim.Media xəbər verir ki, "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən şəxsin özü və yaxınları belə iddia edirlər.
Məlumata görə, xəstəlikdən əziyyət çəkən İsmayıl Mirzəyevin 38 yaşı var. Deyilənə görə, hər şey 3 ay əvvəl qəfildən başlayıb. Virus səbəbindən sinirləri iflic olub. Bu, getdikcə bütün orqanizmə yayılıb.
İsmayıl Mirzəyevin bacısı Səbinə Mirzəyeva deyir ki, qardaşını təcili xəstəxanaya yerləşdirməyə ehtiyac var. Çünki çətin vəziyyətdədir.
Amma əllərində göndəriş olsa da, onu Sabunçu Tibb Mərkəzinə qəbul etmirlər.
Səbinə Mirzəyevanın iddiasına görə, Sabunçu Tibb Mərkəzi hər dəfə bir səbəb göstərərək qardaşını xəstəxanaya qəbul etmirlər. Sonuncu dəfə isə onlara xəstəxanada yer olmadığı bildirilib.
Məsələ ilə bağlı Sabunçu Tibb Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, növbətçi həkim-nevroloqun baxışı zamanı İsmayıl Mirzəyevin emosional gərginliyini nəzərə alınaraq xəstəyə müvəqqəti olaraq Psixosomatika şöbəsinə yerləşdirilməsi təklif olunub, lakin pasiyent bu təklifdən imtina edib. Mərkəzdən o da qeyd olundu ki, Nevrologiya və Psixosomatika şöbələrinin ixtisaslı həkimləri tərəfindən xəstəyə təkrar baxış keçirildi. Hazırda xəstənin mövcud vəziyyəti nevroloji baxımdan kəskinləşmə dövründə olduğu üçün müalicəsinin Nevrologiya şöbəsində davam etdirilməsi qərara alınıb.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:47 / 25.10.2025
Tibbi göndərişi olan xəstə Sabunçu Tibb Mərkəzinə qəbul edilməyib - İDDİA/VİDEO
Hazırda oxunan: Tibbi göndərişi olan xəstə Sabunçu Tibb Mərkəzinə qəbul edilməyib - İDDİA/VİDEO
Hazırda oxunan: Tibbi göndərişi olan xəstə Sabunçu Tibb Mərkəzinə qəbul edilməyib - İDDİA/VİDEO
577100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































