Kürdəmirdə yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaqda təqsirlənirilən F.Ə-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən F.Ə. 6 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, 14 yaşlı A.Z. başqa şəxslə də pul qarşılığında əlaqədə olub. Məhkəmə işin araşdırılması ilə bağlı istintaqa təqdimat verib.
Məlum faktla bağlı 14 yaşlı ana sığınacağa, körpə isə uşaqlar evinə yerləşdirilib.
Qeyd edək ki, hadisə bu il Kürdəmir rayonunda baş verib. 14 yaşlı qız özündən yaşca böyük şəxslə dəfələrlə cinsi əlaqədə olub və uşaq dünyaya gətirib. Təqsirləndirilən F.Ə. Cinayət Məcəlləsinin 152.4.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:30 / 24.10.2025
Kürdəmirdə 14 yaşlı qızdan uşağı olan kişiyə HÖKM OXUNDU
Hazırda oxunan: Kürdəmirdə 14 yaşlı qızdan uşağı olan kişiyə HÖKM OXUNDU
Hazırda oxunan: Kürdəmirdə 14 yaşlı qızdan uşağı olan kişiyə HÖKM OXUNDU
577073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































