“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov

“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov

Hazırda oxunan: “Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov

577032

Bir neçə gün bundan əvvəl Baş nazirin sabiq müavini Abid Şərifovun insult keçirməsi və vəziyyətinin ağır olması ilə bağlı xəbərlər yayılmışdı.

Bizim.Media xəbər verir ki, Abid Şərifov Manset.az-a açıqlamasında insult keçirdiyini təsdiqləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Abid Şərifov insult keçirdi - VƏZİYYƏTİ AĞIRDIR


“Hazırda ağır xəstəyəm, insult keçirmişəm. Neçə vaxtdır xəstəxanada idim. Şükür Allaha, indi evə buraxılmışam.

Müalicəm ev şəraitində davam edir. Bu dəfə əzrayılın əlindən qaçdım. İndi özümü yaxşı hiss edirəm. Narahat olan hər kəsə can sağlığı arzu edirəm”, - deyə A.Şərifov bildirib.

Qeyd edək ki, 85 yaşlı A.Şərifov 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirin müavini vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO