Şahin quşunu qanunsuz ovlayanlar SAXLANILDI – FOTO

Şahin quşunu qanunsuz ovlayanlar SAXLANILDI – FOTO

Hazırda oxunan: Şahin quşunu qanunsuz ovlayanlar SAXLANILDI – FOTO

577017

Şabran rayonunun Xəzər dənizi sahil zolağında ov qaydalarını pozan şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
 

Bildirilib ki, araşdırma  zamanı ov qaydalarını pozan şəxslərin Türkiyə vətəndaşı Mervan Çağrı Tapınç və Bakı sakini Zahid Həsənov olduğu müəyyənləşib.


Saxlanılan şəxslərin 99-FF-776 dövlət qeydiyyat nişanlı “Niva” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş 3 Şahin quşu, 1 göyərçin və 3 tələ aşkar olunub. 

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2000 manat məbləğində cərimə tətbiq edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğul olan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan edilmiş alətlərlə  ov etməkdən çəkinməyə çağırır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO