AZTV, İTV və "Mir"ə ayrılacaq vəsaitin həcmi AZALDILDI

AZTV, İTV və "Mir"ə ayrılacaq vəsaitin həcmi AZALDILDI

Hazırda oxunan: AZTV, İTV və "Mir"ə ayrılacaq vəsaitin həcmi AZALDILDI

576842

Gələn ilin dövlət büdcəsindən media vasitələrinə, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə ayrılan vəsaitin həcmi məlum olub.

Bizim.Media xəbər verir ki, dövlət büdcəsində bu fəaliyyətin təmin olunması məqsədilə 64,8 milyon manat vəsait nəzərdə tutulub.

Qeyd edək ki, bu, 2025-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 0,5% azdır. 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən bu məqsədlə ümumilikdə 65,1 milyon manat vəsait ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO