Madrid Universitetinin mütəxəssisləri əmindirlər ki, elmə məlum olan digər faydalarla yanaşı, zeytun yağı həm də sümükləri möhkəmləndirir.
Bizim.Media xəbər verir ki, iki il davam edən layihə çərçivəsində tədqiqatçılar müəyyən ediblər ki, daha çox zeytun yağı qəbul edən insanların orqanizmində osteokalsin səviyyəsi daha yüksək olur.
Osteokalsin — sümüklərin formalaşması üçün vacib olan bir zülaldır. Bu zülalın yüksək səviyyəsi sümüklərin möhkəmliyindən xəbər verir.
Bir nəzəriyyəyə görə, osteokalsin orqanizmin insulini rədd etməsinin qarşısını ala bilər ki, bu da sümüklərin kövrəkləşməsi ilə əlaqələndirilir.
Afina Universitetinin başqa bir tədqiqatına əsasən isə, tərkibində çoxlu miqdarda zeytun yağı və az miqdarda qırmızı ət olan pəhriz qadınlarda sümük toxumasını möhkəmləndirir və sümüklər ömür boyu sağlam qalır.
Bizim.Media