“Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir!” - AQTA-dan ÇAĞIRIŞ - FOTO

“Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir!” - AQTA-dan ÇAĞIRIŞ - FOTO

Hazırda oxunan: “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir!” - AQTA-dan ÇAĞIRIŞ - FOTO

576691

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
 

Bildirilib ki, kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda şuranın üzvü, “Qoç Ət Kəndli Fermer Təsərrüfatı” MMC-nin təsisçisi Sənan Təhməzov təhlükəsiz xammal seçiminin, izlənilə bilən təchizat zəncirinin və HACCP sistemlərinin müəssisələr üçün prioritet əhəmiyyət daşıdığını vurğulayır və bildirir ki, minlərlə ailənin süfrəsində yer alan məhsulların keyfiyyəti istehsalçıların məsuliyyətini daha da artırır.


Bu sahədə həyata keçirilən tədbirlər ölkədə heyvan xəstəliklərindən azad zonaların formalaşmasına, ixrac coğrafiyasının genişlənməsinə və ixrac olunan məhsul növlərinin sayının artmasına şərait yaradır.

“Unutmayaq ki, istehlakçının etibarını qazanmaq çətin olduğu qədər onu qorumaq da böyük məsuliyyət tələb edir.

Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!”, - deyə məlumatda vurğulanıb.

Bu barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO