Füzuli Dram Teatrının direktoru palataya köçürülüb - Son vəziyyəti açıqlandı

Füzuli Dram Teatrının direktoru palataya köçürülüb - Son vəziyyəti açıqlandı

Hazırda oxunan: Füzuli Dram Teatrının direktoru palataya köçürülüb - Son vəziyyəti açıqlandı

576666

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin son sağlıq durumu açıqlanıb.

Bizim.Media xəbər verir ki, direktorun müalicə olunduğu "Məlhəm" hospitalın Reanimasiya və intensiv terapiya şöbəsinin rəhbəri Zaur Ağayev oxu.az-a açıqlamasında onun palataya köçürüldüyünü bildirib.

"Vaqif müəllim artıq palataya köçürülüb. Təzyiqi, bütün göstəriciləri stabildir.

Huşu normal, aydın və adekvatdır. Artıq yavaş-yavaş özü qidalanmağa başlayıb.

Ağciyər rentgeninin nəticələri normaldır, süni oksigen tələbatı yoxdur. Digər orqanların hamısı qaydasındadır.

Uzun müddət yataq vəziyyətində olub, indi yavaş-yavaş oturduruq. Hazırda vəziyyəti stabil olaraq qalmaqdadır", - deyə həkim bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO