“Din heç vaxt radikal olmayıb” – Müftidən cəmiyyətə MESAJ

“Din heç vaxt radikal olmayıb” – Müftidən cəmiyyətə MESAJ

Hazırda oxunan: “Din heç vaxt radikal olmayıb” – Müftidən cəmiyyətə MESAJ

576608

“Cəmiyyətin mənəvi inkişafında və insanların ortaq dəyərlər ətrafında bir araya gəlməsində dini təhsilin rolu danılmazdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpoziumun açılışında səsləndirib.

Müfti çıxışında vurğulayıb ki, İslam dünyası tarix boyu elm və təhsil sahəsində dərin iz qoyan görkəmli alimlər yetişdirib:

“Sovet dövründə məscidlərin bağlanması, bəzən isə başqa məqsədlərlə istifadəsi nəticəsində ateizm güclənmişdi. Lakin 1980-ci illərin sonunda Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində mədrəsə fəaliyyətə başladı.
 

Bu mədrəsədə həm şiə, həm də sünni tələbələr birgə təhsil alırdı ki, bu da məzhəblərarası sağlam münasibətlərin formalaşmasına zəmin yaratdı”.


O, əlavə edib ki, müəyyən dövrlərdə dini inanclarla siyasətin toqquşması nəticəsində dinin prinsipləri bəzən təhrif edilərək cəmiyyətə fərqli təqdim olunub:

“Buna baxmayaraq, din heç vaxt radikal olmayıb, onun əsas mahiyyəti insanları birliyə, mənəviyyata və sülhə çağırmaqdır”.

Salman Musayev çıxışının sonunda qeyd edib ki, Azərbaycanda dini təhsil tarixən olduğu kimi bu gün də qorunmalı və inkişaf etdirilməlidir:

“Ölkəmizdə formalaşan tolerantlıq və məzhəblərarası həmrəylik ənənəsi bu gün bir çox dövlətlər üçün nümunə hesab olunur”.

Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO