“Müasir dünyada təhsil yalnız bilik ötürmək deyil, həm də dəyərləri formalaşdırmaq missiyasını daşıyır. Bu səbəbdən təhsil sistemində yeni metodoloji yanaşmaların tətbiqi artıq zərurətə çevrilib”.
Bizim.Media xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBAM) icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpoziumda çıxışı zamanı deyib.
Rəvan Həsənov bildirib ki, Azərbaycanın 2015-ci ildə hazırladığı “Multikulturalizm” fənni bu gün artıq 27 xarici universitetdə tədris olunur:
“Bu, ölkəmizin təqdim etdiyi multikulturalizm modelinə beynəlxalq marağın bariz göstəricisidir. Artıq qlobal vətəndaşlıq kimliyi, niyyətə əsaslanan kimlik, etik dəyərlərin təlimi kimi anlayışlar təhsil proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir.”
O, həmçinin Qərb universitetlərində bu istiqamətdə ciddi dəyişikliklərin müşahidə olunduğunu vurğulayıb:
“Məsələn, ‘Religious and Global Ethics’, ‘Religious and Law’ kimi fənlər müxtəlif ixtisasların sintezindən yaranaraq yeni akademik istiqamətlərin formalaşmasına səbəb olur. Bu, artıq müasir dünyanın tələb etdiyi reallıqdır”.
Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:20 / 22.10.2025
“Azərbaycanın multikulturalizm dərsi 27 ölkədə tədris olunur” - Rəvan Həsənov
Hazırda oxunan: “Azərbaycanın multikulturalizm dərsi 27 ölkədə tədris olunur” - Rəvan Həsənov
Hazırda oxunan: “Azərbaycanın multikulturalizm dərsi 27 ölkədə tədris olunur” - Rəvan Həsənov
576591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.