Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin xəsarət alması ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Vel kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil velosipedlə hərəkət edən Lənkəran rayonunun Xolmili kənd sakini, 61 yaşlı Rəfail İlyas oğlu İmanova çırpılıb.
Hadisə nəticəsində ağır xəsarətlər alan velosipedçi təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona kəllə-beyin travması, koma və bədənin müxtəlif hissələrində açıq yaralar diaqnozu qoyulub. Zərərçəkən reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu