Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Şahniyar Bayramov dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yayıb.
Məlumata görə, Ş.Bayramov oktyabrın 20-də qısa sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Şahniyar Bayramov 1961-ci il iyulun 1-də Tovuz rayonunun Qaralar kəndində anadan olub. O, H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra elmi fəaliyyətini biologiya sahəsində davam etdirib və mühüm elmi nəticələr əldə edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:33 / 21.10.2025
Tanınmış elmlər doktoru VƏFAT ETDİ – FOTO
Hazırda oxunan: Tanınmış elmlər doktoru VƏFAT ETDİ – FOTO
Hazırda oxunan: Tanınmış elmlər doktoru VƏFAT ETDİ – FOTO
576347
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.