Mingəçevir və Goranboyda bir sıra küçələrdə yol nişanları yeniləndi - FOTO

Mingəçevir və Goranboyda bir sıra küçələrdə yol nişanları yeniləndi - FOTO

Hazırda oxunan: Mingəçevir və Goranboyda bir sıra küçələrdə yol nişanları yeniləndi - FOTO

57622

Mingəçevir və Goranboyda yol nişanları yenilənib.  

Belə ki, regional bürosu xəbər verir ki, son iki gün ərzində Goranboy rayon mərkəzində Heydər Əliyev prospekti boyunca yerləşən zəruri piyada keçidləri və bir sıra xəbərdar edici nişanlar yenilənərək istifadəyə verilib. Bəzi yerlərdə isə yeni nişanlar qoyulub. 

Mingəçevir şəhrində isə, əsasən, İslam İslamzadə və ona bitişik küçələlərdə, həmçinin Rəsul Rza küçəsində yerləşən iki orta ümumtəhsil məktəbinin önündə çoxsayda yol nişanları, piyada keçidləri Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin əməkdaşları tərəfindən əsaslı şəkildə təmir edilərək yenidən quraşdırılıb. 

İdarənin sahə rəisi Elxan Mustafayevin Bizim.Media-ya verdiyi məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin edən keçid və nişanları tələblərə uyğun vəziyyətə gətirməkdir.  

Onun sözlərinə görə Mingəçevirdə icra olunan işlər bir neçə gündür ki davam edir.  

Qeyd edilib ki, tədbilərin görülməsində əsas məqsədlərdən biri yanvarın 29-da uzunmüddət fasilədən sonra Mingəçevirdə avarçəkmə üzrə respublika əhəmiyyətli kubok yarışlarına gələn çoxsayda qonaqlar üçün şəhəri təhlükəsizlik nişanları ilə daha cazibəli görkəmə salmaqdır. 

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO