Yeni marşrutlarla Şuşa və Ağdama daşınan sərnişinlərin sayı açıqlandı

Yeni marşrutlarla Şuşa və Ağdama daşınan sərnişinlərin sayı açıqlandı

Hazırda oxunan: Yeni marşrutlarla Şuşa və Ağdama daşınan sərnişinlərin sayı açıqlandı

57602

Bu günə qədər Şuşa və Ağdam istiqamətində 8 reys həyata keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildiriblər ki, bu günə qədər Şuşa və Ağdam şəhərinin hərəsinə 4 reys həyata keçirilib.

Bakı→Şuşa→Bakı istiqamətində 47 (1 reys) , Əhmədbəyli→Şuşa→Əhmədbəyli 69 (3 reys), Bakı→Ağdam→Bakı 67 (2 reys), Bərdə→Ağdam→Bərdə 76 (2 reys) sərnişin daşınıb.

Qeyde dək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər isiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılır.
Bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO