17 yaşlı oğlan mağazada yüklərin altında sıxışdı – VİDEO

17 yaşlı oğlan mağazada yüklərin altında sıxışdı – VİDEO

Hazırda oxunan: 17 yaşlı oğlan mağazada yüklərin altında sıxışdı – VİDEO

575955

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində mağazada vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2008-ci il təvəllüdlü Əzimov Əli Əkbər oğlu marketin daxilində istifadə olunan qaldırıcı qurğu ilə yükləri qaldırarkən müvazinətini itirərək yıxılıb və ayağı qurğu ilə divarın arasında sıxılılaraq təhlükəli vəziyyətdə qalıb.


Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə Ə.Əzimovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO