Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən "Report"a məlumat verilib.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.
Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 20-24, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:29 / 18.10.2025
Sabah hava necə olacaq - Açıqlama
Hazırda oxunan: Sabah hava necə olacaq - Açıqlama
Hazırda oxunan: Sabah hava necə olacaq - Açıqlama
575935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.