Azərbaycanlı alim Radford Universitetində yüksək vəzifəyə təyin olunub

Azərbaycanlı alim Radford Universitetində yüksək vəzifəyə təyin olunub

Hazırda oxunan: Azərbaycanlı alim Radford Universitetində yüksək vəzifəyə təyin olunub

575930

ABŞ-də fəaliyyət göstərən azərbaycanlı akademik Əqidə Mənizadə yüksək vəzifəyə təyin olunub.

Bizim.Media xəbər verir ki, o, ABŞ-nin Virciniya ştatında yerləşən Radford Universitetində Magistratura işləri üzrə köməkçi prorektor təyin edilib.
 

Radford Universitetinin prorektoru Betani Aşer bildirib ki, bu təyinat tələbə mərkəzli modelin gücləndirilməsinə və universitetin magistratura təhsilində uğurların artırılmasına xidmət edir.


Universitet jurnalı azərbaycanlı akademikin beynəlxalq təhsilə verdiyi əhəmiyyətli töhfələr barədə geniş məqalə yayımlayıb.

Qeyd edək ki, Əqidə Mənizadə Bakı Dövlət Universitetində riyaziyyat üzrə bakalavr və magistr dərəcələrini, "William & Mary" Kollecində riyaziyyat təhsili üzrə magistr dərəcəsini, Virciniya Universitetində isə riyaziyyat təhsili üzrə fəlsəfə doktoru dərəcəsini alıb.
 

O, 2009-cu ildən etibarən Radford Universitetinin Riyaziyyat və Statistika Departamentində professor vəzifəsində çalışır. Ə. Mənizadə həmçinin Virciniya Riyaziyyat Müəllimləri Şurasının prezidenti və "Virciniya Riyaziyyat müəllimi" jurnalının baş redaktorudur.


Akademikin tədqiqat sahələri arasında riyaziyyat təhsili, tədris metodologiyası, onlayn təhsil və təhsil qiymətləndirməsi yer alır. O, 27 elmi nəşrə imza atıb. Mənbə Report.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO