Gəncədə onlayn İcra hakimiyyətinə qəbula yazılmaq, tikintiyə icazə almaq mümkündür

Gəncədə onlayn İcra hakimiyyətinə qəbula yazılmaq, tikintiyə icazə almaq mümkündür

Hazırda oxunan: Gəncədə onlayn İcra hakimiyyətinə qəbula yazılmaq, tikintiyə icazə almaq mümkündür

57593

Gəncədə vətəndaşlar İcra hakimiyyətinə qəbula onlayn şəkildə yazıla bilirlər.

Bizim.Media-nın yerli bürosu şəhər icra hakimiyyətinə istinadən məlumat verir ki, vətəndaş rih.gov.az portalına daxil olmaqla yerli İcra Hakimiyyəti orqanının göstərdiyi xidmətlərdən istifadə etmək imkanınına malik olur.

Portal vasitəsilə vətəndaş şəhər İcra Hakimiyyətinin qəbuluna yazıla biləcək. İcra Hakimiyyətinə təklif və şikayətlər göndərəcəklər.

Eyni zamanda İcra Hakimiyyətinin xidmətlərindən olan tikintiyə icazə, istismara icazə, vətəndaşların uçota alınması, ailə vəziyyətini təsdiq edən arayış və bir çox xidmətlərdən onlayn yararlana biləcəklər.

İcra hakimiyyətindən onu da bildirdilər ki, bu “Rəqəmsal İcra Hakimiyyəti” layihəsi çərçivəsində yaradılan rih.gov.az portalı ilə mümkün olacaq. 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində Gəncədə şəhər icra hakimiyyətinin bu layihə ilə çalışacaq əməkdaşları üçün xüsusi təlimlər keçirib. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO