Tatarlı kəndi susuzluqdan “YANIR” – Əkin sahələri quruyan kəndlilər ÇIXILMAZ DURUMDA – VİDEO

Tatarlı kəndi susuzluqdan “YANIR” – Əkin sahələri quruyan kəndlilər ÇIXILMAZ DURUMDA – VİDEO

Hazırda oxunan: Tatarlı kəndi susuzluqdan “YANIR” – Əkin sahələri quruyan kəndlilər ÇIXILMAZ DURUMDA – VİDEO

575749

Goranboyun Tatarlı kəndində əkin sahələri susuzluqdan quruyub. Kənd sakinləri suvarma sistemindən istifadə edə bilmirlər. Problem illərdir təkrarlansa da, onların şikayətinə nə baxılır, nə də həlli üçün addım atılır.

Bu barədə kənd sakinləri Bizim.Media-ya məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana daxil olan su ehtiyatları 30 faiz azalıb – RƏSMİ


Kəndlilər bildirir ki, əsas gəlir  mənbəyi əkin sahələri olsa da, suvarma sisteminin olmaması onların dolanışıq səviyyəsini aşağı salır.

Gözlədikləri qədər məhsul əldə edə bilməyən sakinlər nöbəti illərdə torpaq sahələrinin yalnız müəyyən qismində əkim aparmağa məcbur qalırlar. Nəticədə hektarlarla sahə məhsulsuz qalır.

Sakinlərin sözlərinə görə, əkin sahələrini suvarmaq üçün lazım olan su ümumiyyətlə tapılmır. Su qaynaqları əlçatmazdır, alternativ imkanlar isə təmin olunmur. Nəticədə əkin sahələri susuzluqdan yanır. Əldə olunan məhsul isə nə ailənin ehtiyacını qarşılayır, nə də bazarda satış üçün kifayət edir. Bu vəziyyət təkcə taxıl, tərəvəz və digər kənd təsərrüfatı bitkilərinə deyil, həm də illərlə zəhmətlə yetişdirilmiş meyvə ağaclarına ciddi zərər vurur. Məhsul və bar gətirən ağaclar da susuzluğa tab gətirməyərək quruyur, bağlar məhv olur. Kəndlilərin illərlə dolanışıq yeri kimi baxdıqları bu sahələr artıq heç bir gəlir gətirmir.

Sakinlər illərdir bu acınacaqlı vəziyyəti aidiyyəti qurumların diqqətinə çatdırsalar da, heç bir ciddi tədbir görülmür. Problemi sanki görməzlikdən gələn məsul strukturlar vəziyyətin ildən-ilə pisləşməsinə göz yumur. Verilən vədlər reallaşmır, və kəndlilər hər il daha da çətin duruma düşür.

Məsələ ilə bağlı ADSEA-dan Bizim.Media-ya bildirilib ki, Qaraçay çayında su az olduğu üçün yay mövsümündə suvarmada çətinliklər yaranıb:

Goranboy rayonu Tatarlı kəndinin  590  ha əkin sahəsi var (bundan 165 ha -ı həyətyani torpaq sahəsidir). Əkin sahələrinin suvarma mənbəyi Qaraçay və 12 ədəd subartezian quyularıdır (9 ədəd subartezian quyusu məişət suyu və həyətyani sahələrin suvarılmasına xidmət edir).  Havaların quraq keçməsi ilə əlaqədar Qaraçay çayında su az olduğu üçün yay mövsümündə suvarmada çətinliklər yaranıb, hazırda isə normal qaydada əkin sahələri suvarma suyu ilə təchiz edilir. Tatarlı kəndi ərazisindəki əkin sahələrində “Qaraçay -1” mənbəsi ilə növbəliliklə suvarma aparılır”.

Qeyd edək ki, sakinlər illərdir eyni problemlə üz-üzə qaldıqlarını bildirir.

Mövzunu diqqətdə saxlayacağıq.


Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO