Əmək qabiliyyətinin itirilməsi ilə bağlı qanun dəyişir

Əmək qabiliyyətinin itirilməsi ilə bağlı qanun dəyişir

Hazırda oxunan: Əmək qabiliyyətinin itirilməsi ilə bağlı qanun dəyişir

575604

Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi ilə bağlı yeni qaydalar hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsində əks olunub.

Layihəyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunur.

Layihə Ədliyyə və Səhiyyə nazirlikləri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılıb.

Layihə qəbul ediləcəyi halda sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi ilə bağlı məsələlər tənzimlənəcək.
 

Layihə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi sahəsində normativ hüquqi bazanın yenilənməsi zərurəti ilə əlaqədar hazırlanmış və bu çərçivədə adıçəkilən qanunun 19.2-ci maddəsinin dəqiqləşdirilməsini nəzərdə tutur.


Belə ki, qanun layihəsi qəbul edildikdən sonra sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinin yeni qaydaları qüvvəyə minəcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO