Rusiyada iki azərbaycanlının avtomobili əllərindən alındı

Rusiyada iki azərbaycanlının avtomobili əllərindən alındı

Hazırda oxunan: Rusiyada iki azərbaycanlının avtomobili əllərindən alındı

575577

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin məhkəməsi, Novıy Urenqoy sakininə sui-qəsd etməyə cəhd göstərən iki azərbaycanlının avtomobilini müsadirə edib.

Bizim.Media yerli mediaya istinadla bildirir ki, maşın cinayət aləti hesab edildiyi üçün məhkəmə onu dövlət mülkiyyətinə keçirib. Lakin, məhkəmə hökm çıxararkən bu hal əvvəlcə nəzərə alınmayıb.
 

Qeyd olunur ki, birinci instansiya məhkəməsi avtomobilləri müsadirə etməyib. Buna görə, prokurorluq məhkəməyə apellyasiya şikayəti təqdim edib. Hər iki azərbaycanlı mayın 7-də Novıy Urenqoy məhkəməsinin hökmü ilə 11 il müddətinə ciddi rejimli həbsxanada azadlıqdan məhrum edilib.


Xatırladaq ki, hadisə 2024-cü ilin iyununda baş verib. İki azərbaycanlı Novıy Urenqoy sakininə hücum edib. Əvvəlcə onu avtomobillə vurublar, daha sonra isə bıçaqla qarın nahiyəsinə zərbə endiriblər. Zərərçəkmiş vaxtında tibb müəssisəsinə çatdırıldığı üçün xilas olunub. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO