BDU-nun “Psixologiya klubu” tələbələr üçün təlim keçirib

BDU-nun “Psixologiya klubu” tələbələr üçün təlim keçirib

Hazırda oxunan: BDU-nun “Psixologiya klubu” tələbələr üçün təlim keçirib

575462
Bakı Dövlət Universitetinin Psixoloji yardım sektorunun nəzdində fəaliyyət göstərən “Psixologiya klubu”nun yeni tədris ilində tələbələr üçün ilk təlimi keçirilib. 
Görüşün əvvəlində tələbələrlə tanışlıq xarakterli praktiki çalışma yerinə yetirilib. Tələbələrin "Psixologiya klubu”ndan gözləntiləri qeydə alınıb. 
 
Təlimdə tələbələrə psixoterapiyanın əsasları, psixoloji konsultasiyadan fərqi izah olunub. Psixoloqa müraciət edən insanlara düzgün, professional  yanaşma ilə bağlı məlumat verilib. 
 
“Psixologiya klubu”nun təlimləri davam edəcək. 
 
Qeyd edək ki, BDU-nun Psixoloji yardım sektorunun nəzdində “Psixologiya klubu" bu ilin mart ayında yaradılıb. Klubun yaradılmasında məqsəd gənclər arasında maarifləndirmə işləri aparmaq, müxtəlif psixoloji mövzuların müzakirəsini təşkil etməkdir.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO