"TESS" və “Greenfield”ə niyə ŞOK endirim edilir? - Təhlükəli çaylarla bağlı AQTA-dan daha bir AÇIQLAMA – FOTO/VİDEO

"TESS" və “Greenfield”ə niyə ŞOK endirim edilir? - Təhlükəli çaylarla bağlı AQTA-dan daha bir AÇIQLAMA – FOTO/VİDEO

Hazırda oxunan: "TESS" və “Greenfield”ə niyə ŞOK endirim edilir? - Təhlükəli çaylarla bağlı AQTA-dan daha bir AÇIQLAMA – FOTO/VİDEO

575406

Xəbər verdiyimiz kimi Rusiyanın məşhur çay markaları olan “TESS” və “Greenfield” çaylarında sağlamlıq üçün zərərli sayılan pestisidlərin normadan artıq olduğunu aşkarlanmışdı.
 

Həmin çay çeşidləri Azərbaycanda da geniş şəkildə satışda olduğundan məsələ ciddi narahatlıq doğurmuşdu.


Buna görə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) adıçəkilən çay çeşidlərindən nümunələr götürərək laborator müayinələrə cəlb etdiyini açıqlamışdı.  

Hazırda isə marketlərdə “TESS” və “Greenfield” çayları xüsusi təkliflərlə endirimli satışa çıxarılıb.Bu, istər-istəməz sual yaradır: endirimdəki çaylar həmin zərərli pestisidlərin olduğu partiyadandırmı? Çayların xüsusi endirimlə satışa çıxarılıb “başdan edilməsi” nə məqsəd daşıyır?

Market təmsilçisi endirimlərin ənənəvi xarakter daşıdığını – konkret məhsul növünə olan marağı artırmaq məqsədli olduğunu bildirdi.

Bəs aidiyyatı qurum məsələni necə izah edir?

AQTA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, laborator müayinələrinin artıq cavabı var:

“Nəticələr uyğun çıxıb, yaxşıdır, narahatlığa əsas yoxdur”

Rusiyadan idxal olunan "Greenfield" və "TESS" çay çeşidlərinin müayinəsi nəticəsində uyğunsuzluq müəyyən edilməyib.

Rusiyada istehsal olunan bir sıra çay məhsullarında təhlükəli kimyəvi maddələrin aşkarlanması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb.





Rusiya istehsalı olan ölkəmizə idxal edilmiş çay brendlərindən - "Greenfield" və "TESS" çeşidlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.





Aparılan müayinələr nəticəsində hər iki çayın sınaq nəticələri qənaətbəxşdir, hər hansı uyğunsuzluq müəyyən edilməyib. 










Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO