Babək rayonunda tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanılıb.
Babək Rayon Polis İdarəsinə rayon ərazisində inşası davam edən məktəb binasının həyətindən elektrik naqillərinin oğurlanması ilə bağlı məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Naxçıvan DİN yayıb.
Keçirilən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı Natiq Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun məktəbin həyətindən müxtəlif ölçülü elektrik naqillərini oğurlayaraq şəxsi məqsədləri üçün satmaq niyyəti ilə aparması müəyyən olunub.
Hazırda faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Bizim.Media