İrandan sonra Türkiyə də su qıtlığının astanasındadır. Son illərdə bölgədə su qıtlığının olması, göllərin, çayların quruması istər-istəməz narahatlıq yaradır.
Görəsən Azərbaycanı su qıtlığı riski gözləyirmi?
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ümumiyyətlə hazırda dünyada su qıtlığı həyacanı təbili çalınıb.
Quraqlıq, iqlim dəyişiklikləri, içməli və suvarma suyu ehtiyacının artması, qanunsuz istifadələr, sudan qənaətlə istifadə olunmaması su qıtlığına səbəb olan amillərdəndir. Ona görə də Azərbaycanda da bununla bağlı tədbirlər görülür. Prezident İlham Əliyev 10 oktyabr 2024-cü ildə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamı su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur.
“Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bir sıra işlər icra edir. İnfrastukturun təmkilləşdirilməsi, yeni şəbəkələrin qurulması prioritet olduğu kimi alternativ su mənbələrinin araşdırılması da əsas hədəflərdəndir. Belə ki, bu istiqamətdə dəniz suyunun duzsuzlaşdırılması, süni yağış texologiyasının tətbiqi, yağış sularının toplanaraq yenidən istifadəyə cəlb edilməsi və s. kimi pilot layihələrin tətbiqi nəzərdə tutulur”.
Şəfiqə Şəfa, Bizim.Media