Bakıda icra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs SAXLANILDI

Bakıda icra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs SAXLANILDI

Hazırda oxunan: Bakıda icra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs SAXLANILDI

57523

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, hadisə yanvarın 27-si saat 16 radələrində qeydə alınıb.

Belə ki, naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar xəttinə zəng edərək RİH-nin qarşısına bomba qoyulduğunu bildirib.

Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü M.N (Ad, soyadı şərti) olduğu məlum olub.

Daha sonra həmin şəxs hüququ-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, M.N ruhi xəstədir. O, psixiatriya xəstəxanasına yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO