Hadrutda 28 evdən ibarət kompleks inşa edilir

Hadrutda 28 evdən ibarət kompleks inşa edilir

Hazırda oxunan: Hadrutda 28 evdən ibarət kompleks inşa edilir

575212

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni mənzil və villalar istifadəyə veriləcək".

Bizim.Media xəbər verir ki, bunu "PMD Group" MMC-nin daşınmaz əmlakın inkişafı üzrə direktoru Kamil Əliyev 30-cu yubiley "Xəzər İnşaat Həftəsi" çərçivəsində bildirib.

Onun sözlərinə görə, böyük turizm potensialına malik Hadrutda 28 evdən ibarət kompleksin inşası artıq başa çatıb:
 

"Bu ilin sonunadək tam təchizatlı evlər və villalar icarəyə təqdim olunacaq. Bundan başqa, Ağdamda ilk yaşayış kompleksi artıq sakinlərini qəbul edir. Ötən il 130 otaqlı "Aghdam City Hotel"in açılışı baş tutub. Ağdamda yaşayış kompleksinin ikinci və üçüncü fazaları üzrə inşaat işlərinə bu ilin sonunda başlamağı planlaşdırırıq. Layihə çərçivəsində 480 mənzil və 6 700 kvadratmetr qeyri-yaşayış sahəsi satış ofisləri vasitəsilə təqdim olunacaq".


Kamil Əliyev əlavə edib ki, bu ilin sonundan etibarən Zəngilanda 100 otaqlı şəhər hotelinin tikintisinə başlanılması nəzərdə tutulur:

"Suqovuşanda isə villa kompleksinin inşası artıq tamamlanıb və villalar tam hazır vəziyyətə gətirilib", - deyə şirkət rəsmisi vurğulayıb.(oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO