Paytaxtda və iri şəhərlərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə iş rejiminin dəyişdirilməsi istiqamətində addımlar atılır. Bu məqsədlə təhsil və tibb müəssisələrində, eləcə də digər sahələrdə iş saatlarının fərqli vaxtlarda başlaması planlaşdırılır.
Bəs ölkəmizdə iş saatı necə dəyişəcək? Bəzi müəssislərdə iş saat 7-də başlaya bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, bu model bir sıra inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanır:
“Məsələn, Belçikada bəzi müəssisələrdə iş saatı səhər 7-də, digərlərində isə 8-də başlayır. Azərbaycanda da hansı saatların seçilməsi hazırlanacaq mexanizmdən asılı olacaq. Hazırda bu istiqamətdə işlər davam etdirilir”, - deyə deputat bildirib.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 14.10.2025
Paytaxt sakinlərinin DİQQƏTİNƏ – İş saatları dəyişir
Hazırda oxunan: Paytaxt sakinlərinin DİQQƏTİNƏ – İş saatları dəyişir
Hazırda oxunan: Paytaxt sakinlərinin DİQQƏTİNƏ – İş saatları dəyişir
575044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.