4 ayda 34 mindən çox şəxs qrip əleyhinə peyvənd olunub

4 ayda 34 mindən çox şəxs qrip əleyhinə peyvənd olunub

Hazırda oxunan: 4 ayda 34 mindən çox şəxs qrip əleyhinə peyvənd olunub

575019

TƏBİB tərəfindən təşkil olunan “Açıq qapı” günündə qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, qrip əleyhinə peyvəndləmənin məqsədi xəstəliyin gedişatında ağırlaşmaların qarşısını almaqdır.

Onun sözlərinə görə, peyvəndləmə xüsusilə yaşlı əhali arasında daha geniş şəkildə aparılır:

“Nazirlik tərəfindən müvafiq peyvəndlər alınaraq ölkəmizə gətirilib və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya prosesi 8 oktyabr tarixindən etibarən tam təhlükəsiz və standartlara uyğun şəkildə həyata keçirilir”, – deyə Ədilova qeyd edib.
 

O bildirib ki, ötən il – 2024-cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayına qədər tibb müəssisələrində ümumilikdə 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 min 431 nəfəri 0–17 yaş arası, 29 min 717 nəfəri isə 18 yaşdan yuxarı vətəndaşlardır.


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada təxminən 1 milyard insan qripə yoluxur. Onlardan 3–5 milyonu xəstəliyin ağır forması ilə üzləşir və 290 mindən 650 minədək insan qripin fəsadları nəticəsində həyatını itirir.

Aygün Hüseyn, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO