Xocavənddə silah satmaq istəyən şəxs tutuldu – FOTO

Xocavənddə silah satmaq istəyən şəxs tutuldu – FOTO

Hazırda oxunan: Xocavənddə silah satmaq istəyən şəxs tutuldu – FOTO

574991

Xocavənddə silah satmaq istəyən şəxs tutulub.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis tərəfindən Xocavənd rayonunda keçirilən tədbirlərlə Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı evdən 2 “Kalaşnikov” avtomatı, 1 “İJ” markalı ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron aşkarlanaraq götürülüb.
 

Araşdırmalarla R.Salahovun qanunsuz saxladığı odlu silah-sursatı rayonda aparılan tikinti və yenidənqurma işlərində çalışan zamanı tapdığı, sonradan satış məqsədilə yaşadığı evdə gizlətdiyi müəyyən edilib.


Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO