Azərbaycanda Çin avtomobillərinin qiyməti endi - VİDEO

Azərbaycanda Çin avtomobillərinin qiyməti endi - VİDEO

Hazırda oxunan: Azərbaycanda Çin avtomobillərinin qiyməti endi - VİDEO

574926

Azərbaycanda Çin istehsalı avtomobillərin qiymətində enmə müşahidə olunur.

Bizim.Media xəbər verir ki, 2024-cü ilin sıfır kilometr avtomobillərin satış qiyməti 2025-ci il istehsalı eyni model və eyni komplektasiyanın qiymətindən 1000-2000 manat çox olub. Yəni il keçdikcə avtomobilin buraxılış ili yeni olsa da, qiymət azalmaqdadır. Satıcıların sözlərinə görə, qiymət fərqliliyinin bir neçə səbəbi var. Əsas amillərdən biri Çin bazarında modellərin müxtəlifliyidir.

Satıcılar bildiriblər ki, avtomobillərin modelindən asılı olaraq, qiymət fərqi 200 dollardan 1000 dollara qədər dəyişir. Bəzi modellərdə isə qiymət 3500-4000 manata yaxın aşağıdır.

Əlavə olaraq, avtomobillərin Çindən Azərbaycana gətirilməsində mövsümi faktorlar da qiymətlərin dəyişməsinə təsir edir. Nəticədə, bazarda qiymət müxtəlifliyi yaranır.

Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO