Bakıda FACİƏ: Bacısını xilas etmək istəyən qadın özü yanaraq dünyasını dəyişdi

Bakıda FACİƏ: Bacısını xilas etmək istəyən qadın özü yanaraq dünyasını dəyişdi

Hazırda oxunan: Bakıda FACİƏ: Bacısını xilas etmək istəyən qadın özü yanaraq dünyasını dəyişdi

574737

Bakıda qadın faciəvi şəkildə ölüb.

Bizim.Media xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

60 yaşlı Sərvinaz Xəlil qızı İbrahimova oktyabrın 5-də yaşadığı evdə yanıq xəsarətləri alıb.
 

Yaralı Nərimanov rayonundakı Yanıq Mərkəzində müalicə alsa da, oktyabrın 10-da orada dünyasını dəyişib.


Məlumata görə, hadisə olan günü benzin alışıb və mərhumun bacısının paltarına keçib.

S.İbrahimova da bacısını yanğından xilas etmək istəyib, lakin alov ona da keçib. Nəticədə qadın yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO