Bərdə xəstəxanasının həyətində 40 illik ağaclar məhv olur... - VİDEO

Bərdə xəstəxanasının həyətində 40 illik ağaclar məhv olur... - VİDEO

Hazırda oxunan: Bərdə xəstəxanasının həyətində 40 illik ağaclar məhv olur... - VİDEO

57473

Bərdədə təxminən 30- 40 il əvvəl  əkilən ağaclar quruyur. Bu vəziyyət rayon mərkəzi xəstəxanasının həyətində müşahidə olunur.

Bizim.Media-nın məlumatına görə, quruyan hündürboylu ağacların bəziləri aşıb, bəzilərinin isə aşma təhlükəsi var.

Ağacların aşması yaxınlıqda olan tikili və avtomobillərə ziyan vura bilər. Bu, ərazidə gəzən pasiyentlər üçün də təhlükədir.

Xəstəxananın həyətində yerləşən 200-ə yaxın ağac son 1 ildə qurumağa başlayıb. Quruma xüsusilə Eldar şamı ağaclarında müşahidə edilir.

Yaranmış vəziyyətlə bağlı həm Bərdə Rayon İcra Hakimiyyəti, həm də xəstəxananın rəhbərliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi məlumat verilib.
Nazirliyin aidiyyəti üzrə qurumları ərazidə olaraq baxış keçirib. Ancaq hələlik ekspertizanın qərarı çıxmayıb. Yəni, ağacların hansı səbəbdən  quruması dəqiq məlum deyil.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO