Qaradağdakı vulkan püskürməsi üç fazada qeydə alınıb – RƏSMİ

Qaradağdakı vulkan püskürməsi üç fazada qeydə alınıb – RƏSMİ

Hazırda oxunan: Qaradağdakı vulkan püskürməsi üç fazada qeydə alınıb – RƏSMİ

574727

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) bu gün Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə barədə məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI: 
Bakıda vulkan püskürən əraziyə HELİKOPTER cəlb olundu – ANBAAN VİDEO


RSXM-dən Bizim.Media-ya verilən məlumata görə, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib.

İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib. Üçüncü faza püskürmə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib. Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul olub.


Vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO