“Yanaşmalar dəyişdikcə dəyərlər itir. Yanaşmaları dəyişdirənsə informasiya bolluğudur. Orta və yaşlı nəsil xatırlayır ki, sovetlər dönəmində hər bir informasiya senzuradan keçirilərək ictimailəşdirilirdi. Bunun mənfi tərəfləri ilə yanaşı müsbət yanları da vardı”.
Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
O bildirib ki, cəmiyyətə ötürülən istənilən informasiyanın ideoloji məqsədi var:
“Vaxtilə bu məqsədlərdən biri də sağlam ailə modelini qorumaq idi. Bir anlığa yada salaq: “Görüş”, “Telefonçu qız”, “Qızmar günəş altında” və digər filmlərdə sadə əmək sahiblərinin maraqlı sevgi hekayələri təqdim edilirdi. Beləcə kasıb oğlanın, sadə sənət adamın sevgiyə daha çox layiq olduğu təşviq edilirdi. Lakin zamanla hər şey dəyişdi. Bahalı həyat tərzinin təbliği gündəm oldu. Təsadüfi deyil ki, “Sadəcə Mariya”, “Santa Barbara”, “Klon” kimi seriallar gündəlik həyatımızın bir parçası oldu. Belə seriallarda təbliğ olunan bahalı həyat tərzi gənclərin əsas həyat prinsipləri oldu”.
“Bu gün hər kəs ən qısa və ən asan yolla varlanmaq istəyir”.
Müsahibimiz təəssüflə qeyd edib ki, hazırda əksər qızlar bahalı həyat yaşamağa gedən yolda ailə izdivacına bir tramplin kimi baxırlar:
“Qızların çoxu oğlanın mənəvi keyfiyyətlərinə yox, maddi imkanlarına daha çox fikir verir. Bu səbəbdən qızlarımız ürəyə yox, cibə “vurulurlar”. Lakin oğlanların heç də hamısı maddi cəhətdən şanslı ola bilmir, çətinliklə keçinir. Təəssüf ki, belə oğlanları ancaq anaları sevir. Çünki pulu olmayan oğlanla heç bir qız 30-40 il bir yerdə yaşamaq istəmir.
Amma analar hər zaman övladlarını sevir. Çünki ana sevgisi dünyada yeganə təmənnasız sevgidir. Yalnız analar sevgilərinə qarşılıq, əvəz gözləmirlər. Qalan sevgilərin hamısı qarşılıq gözləyir. Bu qarşılığı ala bilməyəndə isə “sevgi” çox tez tükənir”.
Gülnar Orucova daha bir həssas məqama toxunub:
“Təəssüf ki, son illərin sosial sıxıntıları və sınaqları anaları da seçim qarşısında qoyub. Sirr deyil ki, ana ailədə pul qazanan övladı daha çox sevir. Onun hər nazını çəkir. Hətta bacarıqlı övladına sevgisini göstərmək üçün digər övladlarını əzir, incidir. O gəlməyincə süfrə açılmır, süfrənin başında otuzdurulur, onun bütün fikirləri nəzərə alınır. Bu da onu göstərir ki, artıq bəzi analar da kasıb oğlanlarını sevmir. Acıdır, amma reallıqdır”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:00 / 11.10.2025
“Analar da pul qazanan övladını daha çox sevir” - Psixoloq
Hazırda oxunan: “Analar da pul qazanan övladını daha çox sevir” - Psixoloq
Hazırda oxunan: “Analar da pul qazanan övladını daha çox sevir” - Psixoloq
574620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.