Nə satıcılar, nə də terminallar qəbul edir... – 5 qəpik pul SAYILMIR?

Nə satıcılar, nə də terminallar qəbul edir... – 5 qəpik pul SAYILMIR?

Hazırda oxunan: Nə satıcılar, nə də terminallar qəbul edir... – 5 qəpik pul SAYILMIR?

574619

Marketlərdə satıcılara, avtobuslarda sürücülərə və s. ödəniş zamanı 5 qəpik verdikdə qəbul etməyənlər və ya üzlərini turşudanlar olur. Hətta artıq 5 qəpikdən istifadə edənlər demək olar ki, yoxdur. Qarşı tərəf qəbul etmir deyə insanlar 5 qəpiyi verməyə belə utanırlar.

Bəs bu hal nə dərəcədə doğrudur? 5 qəpik Azərbaycan Respublikasının pul vahidi deyil ki?

Bizim.Media mövzuyla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.

O, bildirib ki, hər hansı bir pul vahidinin qəbul edilməməsi istehlakçı hüququnun pozulması deməkdir.

"Azərbaycanın istənilən nominalda pulu hər yerdə qəbul edilməlidir. İstehlakçıdan o pulu almamağa heç kəsin haqqı yoxdur. Təəsüflər olsun ki, Qanunvericilikdə bu məsələylə bağlı boşluqlar var. Ancaq bu, istehlakçı hüquqlarının pozulmasıdır".

Bəs belə hallarda istehlakçılar nə etməlidirlər?

“Bu hallarda istehlakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Qurumuna şikayət etməlidirlər", - deyə Eyyub Hüseynov bildirib.

Qeyd edək ki, 5 qəpiklikləri sadəcə insanlar yox, aparatlar da qəbul etmir. Məsələn, "Bakıkart" aparatına 5 qəpik daxil etdikdə aparat bunu qəbul etmir.

Bizim.Media mövzuyla əlaqədar "Bakıkart"-a sorğu ünvanlayıb.

Mövzunu diqqətdə saxlayacağıq.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO