Bu halda odlu silah tətbiq edəcəklər

Bu halda odlu silah tətbiq edəcəklər

Hazırda oxunan: Bu halda odlu silah tətbiq edəcəklər

574570

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən odlu silahın tətbiqi şərtləri müəyyənləşdirilir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, odlu silahın xəbərdarlıq edilmədən tətbiq edildiyi hallar və birdən-birə gözlənilməz hücum halı istisna olmaqla, odlu silah tətbiq edilməzdən əvvəl səslə və ya havaya atəş açmaqla silah işlədiləcək şəxsə xəbərdarlıq edilməlidir.

Daxili qoşunların hərbi qulluqçularının xəbərdarlıq etdikdən sonra aşağıdakı hallarda odlu silah tətbiq etmək hüququ olacaq:

-  insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq hallarında;

-  xidməti vəzifələrinin icrası zamanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının və əməkdaşlarının həyatına və sağlamlığına təhlükə törədən qəsdlər baş verdikdə və ya onların silahlarının, döyüş texnikasının və xüsusi texnikanın ələ keçirilməsi cəhdlərinin qarşısı alındıqda;

-  girovlar, zəbt edilmiş binalar və digər tikililər, qurğular, ərazilər və nəqliyyat vasitələri azad edildikdə;

-  insanların həyatına, sağlamlığına və mülkiyyətinə qarşı cinayət törətmiş və gizlənməyə çalışan, habelə silahlı müqavimət göstərən şəxslər saxlanıldıqda;

-   övqəladə və ya hərbi vəziyyət rejimi şəraitində yaşayış məntəqəsinə giriş-çıxış postlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının və ya hərbi qulluqçusunun nəqliyyat vasitəsini dayandırmaq tələbinə tabe olmayan nəqliyyat vasitəsi saxlanıldıqda;

-  qrup halında və ya silahlı basqın, o cümlədən nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın dəf edildikdə;

-  qanunsuz silahlı birləşmələrdə, terror təşkilatlarında və terror qruplarında, habelə silahlı müqavimət göstərən şəxsdə olan silahı, döyüş texnikasını və xüsusi texnikanı təhvil vermək tələbi yerinə yetirilmədikdə;

-  terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunudşa qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO