Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 9 oktyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kVt-luq hava xəttində yenidənqurma-təftiş işləri aparılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Biləcəri qəsəbəsinin bəzi hissələrində, Söyüdlər adlanan ərazidə, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ətraf ərazilərində və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:28 / 09.10.2025
Saat 10.00-dan işıq olmayacaq - BU ƏRAZİLƏRDƏ
Hazırda oxunan: Saat 10.00-dan işıq olmayacaq - BU ƏRAZİLƏRDƏ
Hazırda oxunan: Saat 10.00-dan işıq olmayacaq - BU ƏRAZİLƏRDƏ
574313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.