Metronun “28 May” stansiyası ətrafındakı multimodal nəqliyyat mübadilə mərkəzinin oxşarı “Dərnəgül” stansiyası yaxınlığında da yaradıla bilər.
Bizim.Media xəbər verir ki, burada paytaxt və ətrafdan gələn sakinlərin bütün növ ictimai nəqliyyata çıxışı tam təmin olunacaq.
Layihənin məqsədi təkcə nəqliyyatın sıxlığını azaltmaq deyil, həm də şəhər kənarından gələn sərnişinləri mərkəzə girmədən metroya çatdırmaqdır.
Mərkəzin ətrafında yeni döngələr, yerüstü keçidlər, piyada zolaqları və parklanma yerləri də nəzərdə tutulur. Bu da həm ictimai nəqliyyatın, həm də fərdi avtomobillərin hərəkətini optimallaşdıracaq. Şəhərin şimal-qərb istiqamətindən gələn sərnişinlər Dərnəgüldə metroya keçid edərək, mərkəzə rahat və qısa vaxtda çatacaqlar.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, paytaxtın Dərnəgül ərazisində yaradılacaq nəqliyyat mübadilə mərkəzi yeni nəqliyyat düyünlərindən biri olacaq.
Həmçinin, burada Böyükşor küçəsini Azadlıq prospekti və Baksol yolu ilə birləşdirəcək əlaqələndirici yolların tikintisi nəzərdə tutulur. Yeni yollar vasitəsilə mərkəzin giriş-çıxış imkanları xeyli genişlənəcək,
“Azadlıq prospekti” metrosu ətrafında yaranan sıxlığın bir hissəsi buraya yönəldiləcək.
Layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Proqram paytaxtda nəqliyyat axınlarını tənzimləmək, yol qovşaqlarını modernləşdirmək və ictimai nəqliyyat sistemini daha çevik etmək məqsədi daşıyır.
Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:51 / 09.10.2025
Bakının bu ərazisində “28 May”ın analoqu yaradılacaq - Video
Hazırda oxunan: Bakının bu ərazisində “28 May”ın analoqu yaradılacaq - Video
Hazırda oxunan: Bakının bu ərazisində “28 May”ın analoqu yaradılacaq - Video
574305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.