Bakıda hoteldə qadın müğənnini öldürmək istəyən şəxsə 10 il həbs cəzası verildi

Bakıda hoteldə qadın müğənnini öldürmək istəyən şəxsə 10 il həbs cəzası verildi

Hazırda oxunan: Bakıda hoteldə qadın müğənnini öldürmək istəyən şəxsə 10 il həbs cəzası verildi

57430

Bakıda hoteldə müğənnini öldürməyə cəhddə təqsirləndirilən Əli Məmmədova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, hadisə 2021-ci il iyulun 16-da paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, Ə.Məmmədov tanışı Aygün Mirzəyevaya şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı hotellərin birində çoxsaylı bıçaq xəsarətləri yetirib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO