Gəncədə qətl törətməkdə şübhəli bilinən şəxs polisə təslim olub.
Bizim.Media xəbər verir ki, 2007-ci il təvəllüdlü Gəncə Şəhər sakini Rihat Cəfərov könüllü olaraq polis şöbəsinə gedərək təslim olub.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə qətlə yetirilən 16 yaşlı Vaqifin FOTOLARI
Qeyd edək ki, Gəncədə Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında qətl hadisəsi baş verib.iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Qətlə yetirilən yeniyetmə ədliyyə polkovniki Elşad Rəfibəylinin övladıdır. Elşad Rəfibəyli uzun illər Gəncədəki 2 Saylı İstintaq Təcridxanasının rəisi müavini çalışıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media