Nəzir qutuları CİBLƏRƏ, bəs ONLAYN NƏZİRLƏR hara gedəcək? 

Nəzir qutuları CİBLƏRƏ, bəs ONLAYN NƏZİRLƏR hara gedəcək? 

Hazırda oxunan: Nəzir qutuları CİBLƏRƏ, bəs ONLAYN NƏZİRLƏR hara gedəcək? 

57412

Azərbaycanda onlayn nəzir vermək mümkün olacaq. Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək. Bu, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Azərbaycandakı məscid və ziyarətgahlarda quraşdırlan nəzir qutularına yığılan pulların hara xərcləndiyi dəfələrlə ictimai müzakirə mövzusu olub. Reallıq odur ki, nəzir qutularına heç də az vəsait toplanmır. Amma bu günə qədər nəzir qutularına yığılan pulların nə miqdarı barədə rəsmi məlumat verilib, nə də onların hansı təyinat üzrə xərcləndyi açıqlanıb. 

Analoji hal onlayn nəzirdə də baş verəcəkmi?

Bizim.Media-ya münasibət bildirən millət vəkili Fazil Mustafa onlayn nəzir vermək və ya qəbul etmək məsələsində hər hansı ziddiyyətin olmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

“Dünyada müqəddəs yer universitet sayılır, bizdə pirlər, ocaqlar...” – Fazil Mustafa


“İnsanlar inanclarına görə ianə verə bilirlər və bu ianə məsələsinə normal yanaşmaq lazımdır. Bu, bir insan hüquqları çərçivəsindədir və hansı səviyyədə istəsə, gerçəkləşdirə bilər. 

Deputat kart vasitəsilə ödənilən nəzirdən faiz tutulması məsələsinə də toxunub. Hansı ki, İslamda bu, haram hesab olunur:

“Faktiki olaraq müasir dövrdə tipik İslam qaydaları ilə yaşayış deyilən bir anlayış yoxdur. Bu məsələyə daha fərqli qiymət verilsə, yaxşı olar. Tez-tez başqa ölkələrdə də faiz məsələsi gündəmə gətirilir. Bu İslam duyğularının spekulyasiyası üçün daha çox işlənir.

O inancı daşıyan insanlar bankla, yaxud hansısa proseslə əlaqəli olduğu halda faizin içində onsuz da yer alırlar. Ona görə də müasir dövrdə İslamın tələblərinin yerinə yetirmənin özündə də problemlər yaşanır.

Burada sadəcə onun kompensasiyası olaraq insanlar sədəqə, zəkat formalarından daha çox istifadə etməyə üstünlük verirlər ki, o faizdən gəlir əldə etməyə meyllənməsinlər. Amma başqasının təsdiq etdiyi faizdən artıq qaça bilmirsə, o zaman cəmiyyətdə gərək yaşamasın”.

Deputatın sözlərinə görə İslam qaydalarının tətbiqi anlayışı əslində bu gün bir çox məqamlarla bağlı mümkün olmur:

“Yaxşı indi biz elektrikdən istifadə edirik. Elektriki də Edison kəşf edib. İslam məntiqi ilə bir kafirin və ya başqa din mənsubunun kəşf etdiyi metro və qatarla gedirik, maşınını sürürük, amma halallıq almırıq. Bu da İslam mənqiqinə uyğun deyil. Bu məsələləri bir qədər müasir İslama baxış konteksindən qiymətlındirmək lazımdır. Yox əgər VII ərsdəki kimi düşünürüksə, o zaman böyük boşluqlar ortaya çıxacaq və insanlar inancdan çox, bu məsələni dartışacaqlar”.

İlahiyyatçı Tural İrfan sözügedən qanunda dəyişikliyin edilməsi təklifinin Milli Cəbhə Partiyası tərəfindən irəli sürüldüyünü bildirib:

“Düşünürəm ki, onlayn nəzir yığılmasında şəffaflıq olar və mənimsəmə hallarının qarşısı alınar. İndi hər şey kart sisteminə keçir. Onlayn nəzir yığılması səlahiyyəti Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinə verilməlidir. Çox təssüf ki, nəzir qutularına yığılan ianələr qeyri-şəffaf şəkildə ciblərə gedirdi.

O pulların hara getdiyi bilinmirdi. Amma komitə dövlət qurumu olduğuna görə hesab edirəm ki, bu kimi hallar baş verməyəcək. Bir sözlə bu qərarı təqdir edirəm və effektli olduğunu görürəm”.

Yığılan ianələrin konkret hara gedəcəyi məsələsinə gəlincə, ilahiyyatçı vurğulayıb ki, ianələr qanuni şəkildə xərclənməli, hesabatı, hətta lazım gələrsə dövlət vergisi verilməlidir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO