Ötən il ölkənin ən əhəmiyyətli hadisələrindən biri icbari tibbi sığortanın tətbiqi oldu. Aprelin 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıldı. Amma 1 illlik tətbiqin və fəaliyyətin təhlili tənqidlərlə yadda qaldı.
Tənqidlərin əsas qayəsi isə sistemin işlək və effektiv olmaması, həkimlərin xəstəyə etinasızlığı, normal müalicə üsulunun olmaması ilə əlaqədar oldu. İctimaiyyətdə bununla bağlı hələ də narazılıqlar artmaqdadır.
Dünyanın kifayət qədər ölkəsində uğur qazanan bu paket Azərbaycanda niyə səmərə vermir?
MÖVZU İLƏ BAĞLI:
Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan yararlana bilər? – Agentlikdən CAVAB
Məlumat üçün bildirək ki, Bakı Araşdırmalar İnstitutu icbari tibbi sığortanın tətbiqi prosesinin gedişini qiymətləndirmək, əhalinin və tibb işçilərinin prosesə münasibətini və ondan gözləntilərini öyrənmək məqsədi ilə tədqiqat aparıb.
Sorğu nəticəsində məlum olub ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində tibbi xidmətlərin əlçatanlığı və keyfiyyətinin yaxşılaşacağı ilə bağlı əhalinin gözləntiləri aşağıdır.
Ən əsası isə ölkədə səhiyyə sisteminin işinin səmərəli təşkilinə məsul qurumlar islahatların başa çatdırılması və səhiyyə sisteminin inkişaf perspektivləri ilə bağlı sistemli şəkildə işlənilmiş yol xəritəsinə malik deyillər.
Sorğuda 1550 respondent iştirak edib. İştirak edənlərin 69%-i hazırda İTS haqqı ödədiyini bildirib. İTS haqqı ödəməyənlər arasında pensiyaçı (3,7%) və tələbələr (5,9%) də az deyil. Respondentlər ötən il daha çox (43,3%) özəl xəstəxana və ya klinikanın xidmətindən yararlanıblar. Dövlət xəstəxanasına müraciət edənlərin payı isə 26,2% olub.
Respondentlər arasında müayinə və müalicə zamanı İTS-dən yararlanma səviyyəsi də aşağı olub.
İcbari Tibbi Sığorta Agentliyi Bizim.Media-nın məlum məsələ ilə bağlı sorğusunu cavablandırıb. Agentlikdən bildirilib ki, 2021-ci il ərzində bütün ölkə üzrə 4 053 636 şəxs tibb müəssisələrinə müraciət edib və onlara 10 348 289 müraciət üzrə 22 954 649 tibbi xidmət göstərilib.
Bu xidmətlərdən 17 675 080-i (77%) 18 yaşdan yuxarı, 5 279 569-u (23%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.
Tibb müəssisələrinə edilən müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sinir sistemi xəstəlikləri, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya və ilə bağlı olub.
Ümumilikdə ötən il (yanvar-dekabr) 58 şəhər və rayon üzrə 2 702 149 vətəndaşa 6 992 448 müraciət üzrə 15 927 369 tibbi xidmət göstərilib. Qeyd olunan müddətdə bütün ölkə üzrə 4 053 636 şəxs tibb müəssisələrinə müraciət edib və onlara 10 348 289 müraciət üzrə 22 954 649 tibbi xidmət göstərilib.
Bu xidmətlərdən 17 675 080-i (77%) 18 yaşdan yuxarı, 5 279 569-u (23%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.
2021-ci ilin aprel ayından etibarən tətbiq olunmağa başladığı Bakıdakı tibb müəssisələrinə ilin sonuna qədər 1 258 328 vətəndaşa 2 778 901 müraciət üzrə 6 002 552 tibbi xidmət, Sumqayıt tibb müəssisələrinə isə 236 460 vətəndaşa 576 940 müraciət üzrə 1 024 728 tibbi xidmət göstərilib.
Agentlikdən bildirilib ki, vətəndaşa Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər zamanı ödəniş tələb olunması faktı aşkarlanıbsa, o, məsul şəxslərə və yaxud birbaşa rəhbərliyə müraciət etməlidir:
Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur”.
Qeyd edək ki, 2021-ci ilin yanvarın 1-dən icbari tibbi sığorta haqlarının toplanmasına başlanılıb. İTS haqları İcbari Tibbi Sığorta Fondunda (İTSF) toplanılır.
Tibbi sığorta haqqında Qanuna əsasən, ölkənin bütün vətəndaşları, qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat sığortalanırlar.
Alçina Amilqızı, Bizim.Media