Ağdam şəhərində inşa edilən məktəb binası nə vaxt hazır olacaq? - FOTO

Ağdam şəhərində inşa edilən məktəb binası nə vaxt hazır olacaq? - FOTO

Hazırda oxunan: Ağdam şəhərində inşa edilən məktəb binası nə vaxt hazır olacaq? - FOTO

57360

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdam şəhərinin də yenidən qurulması işləri davam etdirilir. Ağdam şəhərindəki ilk tikintilərdən biri 960 şagird yerlik 1 nömrəli məktəbdir.

Bizim.Media xəbər verir ki, tikintidə çalışan sahə rəisi Samir Pirmətov bildirib ki, iki hektar ərazidə inşa edilən məktəb binası üçmərtəbəli olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

İşğal Muzeyinin yaradılması ilə bağlı təkliflər təqdim edildi


Məktəb binasında sinif otaqları, laboratoriya və fənn kabinələri, akt zalı, yeməkxana yaradılacaq. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin ediləcək.

Məktəbin həyətində futbol və basketbol meydançaları yaradılacaq, nasosxana, qazanxana, içməli və yanğın su hovuzları inşa ediləcək.

Artıq binanın təməli üçün qazıntı işləri yekunlaşıb. Hazırda kipləşmə və betona hazırlıq işləri həyata keçirilir. Binanın tikintisinin bu ilin sonunda yekunlaşdırılması nəzərdə tutulur (Azərtac).

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO